Gürcüstanda koronavirusdan 45 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 778-i təşkil edir.
Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 3 117 halı qeydə alındı. Ölkədə bu vaxt üçün koronavirusun 85 952 halı təsdiq olunub.
3 638 pasiyent müalicə onuraq sağaldı və ümumilikdə sağalanların sayı 68 929-u təşkil edir.