Gürcüstanda koronavirusdan 39 pasiyent vəfat etdi

11:13, 24.11.2020

Gürcüstanda koronavirusdan 39 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 1 051-i təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 3 128 halı qeydə alındı. Ölkədə bu vaxt üçün koronavirusun 111 818 halı təsdiq olunub.

3 045 pasiyent müalicə onuraq sağaldı və ümumilikdə sağalanların sayı 92 215-i təşkil edir.

Xatırladaq ki, dünən Gürcüstanda koronavirusdan 36 pasiyent vəfat etdi.

Oxşar