Gürcüstanda koronavirusdan 36 pasiyent vəfat etdi

11:18, 07.12.2020

Gürcüstanda koronavirusdan 36 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 1 540-ı təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 2 501 halı qeydə alındı. Ölkədə bu vaxt üçün koronavirusun 164 976 halı təsdiq olunub.

3 988 pasiyent müalicə onuraq sağaldı və ümumilikdə sağalanların sayı 137 499-u təşkil edir.

Oxşar