Gürcüstanda koronavirusdan 35 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 1 230-u təşkil edir.
Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 4 426 halı qeydə alındı. Ölkədə bu vaxt üçün koronavirusun 132 368 halı təsdiq olunub.
3 721 pasiyent müalicə onuraq sağaldı və ümumilikdə sağalanların sayı 110 049-u təşkil edir.