Gürcüstanda son 24 saat ərzində koronavirusdan 23 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 238-i təşkil edir.
Bu gün Gürcüstanda koronavirusun 1 824 yeni halı aşkar edildi, 1 262 pasiyen sağaldı.
Karantin rejimində 3 769 vətəndaş, stasionarda müşahində altında 3 832 vətəndaşdır. Kovid-mehmanxanalarda 2 249 insan qalmaqdadır. Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.