Gürcüstanda koronavirusdan 22 pasiyent vəfat etdi. Bu barədə idarələarası koordinasiya şurası yanında operativ qəragahın rəhbəri, Aleksandre Xocevanişvili hökumət administrasiyasında keçirilən brifinqdə bəyan etdi.
Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 521-i təşkil edir.
Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 2 970 halı qeydə alındı. Ölkədə bu vaxt üçün koronavirusun 63 650 halı təsdiq olunub.
2 348 pasiyent müalicə onuraq sağaldı və ümumilikdə sağalanların sayı 47 390-ı təşkil edir.