Gürcüstanda koronavirusdan 20-ci pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 3 695 halı təsdiq olunub. Buradan 1 534 vətəndaş sağalıb.
Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.
Karantin rejimində 4 988 vətəndaş, stasionarda müşahində altında 836 vətəndaşdır.