Gürcüstanda koronavirusdan 18-ci pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 421 halı təsdiq olunub. Buradan 1 137 vətəndaş sağalıb.
Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.
Karantin rejimində 7 005 vətəndaş, stasionarda müşahində altında 255 vətəndaşdır.
Mövcud olan məlumata görə, bu gün vəfat edən pasiyent Msxeta Xəstəxanasında müalicə olunurdu.