Gürcüstanda koronavirusdan 17-ci pasiyent vəfat etdi
Gürcüstanda koronavirusdan 17-ci pasiyent vəfat etdi

Gürcüstanda koronavirusdan daha bir pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusdan 17 insan vəfat edib.

Bu gün vəfat edən pasiyent Msxeta klinikasında müalicə olunurdu.

Bu vaxt üçün Gürcüstanda koronavirusun 1 155 halı təsdiq olunub. Buradan 929 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Karantin rejimində 6 489 vətəndaş, stasionarda müşahində altında 337 vətəndaşdır.