Gürcüstanda son 24 saat ərzində koronavirusdan 14 pasiyent vəfat etdi. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 215-i təşkil edir.
Bu gün virusa yoluxmanın 1872 yeni halı aşkar edildi və 603 pasiyent müalicə olunaraq sağaldı.
Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 1 928 yeni halı aşkar edildi, səkkiz pasiyent vəfat etdi.