Gürcüstanda koronavirusun daha dörd yeni halı qeydə alındı, – bu barədə Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiya bəyan etdi.
Müvafiq olaraq, Gürcüstanda koronavirusa yoluxanların sayı 174-ə qədər artdı.
“Bu gün klinikamızda 15 pasientə test edildi, buradan dördünün cavabı müsbət çıxdı”, – Ezuqbaiya bəyan etdi.
Ezuqbaiyanın bəyan etdiyinə görə, əlavə beş pasientin analizi alınıbdır və cavab sabah məlum olacaq.
Gürcüstanda virusa yoluxan 174 haldan 39 pasient müalicə olunub.