Gürcüstanda koronavirusa yeni yoluxma halı qeydə alınıb

Gürcüstanda koronavirusa 4 yeni yoluxma halı qeydə alınıb.Bu barədə məlumat hökumətin xüsusi veb-səhifəsində ,stopcov.ge-də bir az bundan əvvəl yenilənib.Veb səhifədəki məlumata görə, bu vaxt üçün Gürcüstanda koronavirusa 593 yoluxma halı təsdiqlənib,onlar arasında 223 nəfər sağalıb. Bununla yanaşı , xaricdən 3 Gürcüstan vətəndaşı ölkəyə müalicə edilmək məqsədi ilə gətirilib.Koronavirus səbəbi ilə ölkədə 9 pasiyent dünyasını dəyişib. 5028 nəfər karantin rejimindədir,537 nəfər isə stasionarda müşahidə altındadır.