Gürcüstanda koronavirusa qarşı kütləvi peyvəndləmə bu gün başlayacaq

10:12, 05.07.2021

Gürcüstanda koronavirusa qarşı kütləvi  peyvəndləmə bu gün başlayacaq.

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin 2 iyulda keçirdiyi brifinqdə bildirdiyi kimi, Gürcüstan bir milyon doza Sinovak və Sinofarm peyvəndini aldı və ölkə 5 iyulda kütləvi aşılamaya başlamağa hazırdır. Bir milyon doza peyvənddən 500.000 doza Sinofarm və 500.000 doza Sinovakdır.

Eyni zamanda, baş nazirin sözlərinə görə, yaxın bir neçə həftə ərzində Gürcüstana əlavə milyon doz peyvənd daxil olacaq.

Səhiyyə Nazirliyi, ölkə daxilində peyvənd üçün 350-ə qədər peyvəndləmə  qrupunun səfərbər edildiyini söyləyir.

“Coğrafi əlçatanlığı təmin etmək üçün Səhiyyə Nazirliyi artıq vaksinlərin ölkə miqyasında paylanması sxemini hazırladı”, – deyə Səhiyyə Nazirliyi bildirib.

Milli Xəstəliklərə Nəzarət Mərkəzindən verilən məlumata görə, 3 iyul tarixində kiber hücum səbəbiylə bağlanmış elektron peyvənd qeydiyyat portalı bərpa edildi.

Onların sözlərinə görə, dünən saat 19: 00-da “Sinofarm” peyvəndi ilə aşılananların 14 minədək sifarişi elektron portalda qeydiyyata alınıb.

Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Tsertsvadzenin sözlərinə görə, peyvənd üçün qeydiyyat portalında heç bir ləngimə yoxdur. Onun sözlərinə görə, texniki problem yarandığı təqdirdə, vətəndaşlar klinikalarda peyvənd üçün qeydiyyatdan keçə biləcəklər.

Oxşar