Gürcüstanda koronavirus səbəbilə onuncu pasiyent vəfat etdi
Gürcüstanda koronavirus səbəbilə onuncu pasiyent vəfat etdi.
Bu barədə məlumat hökumətin xüsusi veb-səhifəsində, stopcov.ge-də bir az bundan əvvəl yenilənib.
Veb səhifədəki məlumata görə, koronavirus səbəbi ilə ölkədə 10 pasiyent dünyasını dəyişib
Bu vaxt üçün Gürcüstanda koronavirusa 623 yoluxma halı təsdiqlənib, onlar arasında 288 nəfər sağalıb.
Bununla yanaşı , xaricdən 3 Gürcüstan vətəndaşı ölkəyə müalicə edilmək məqsədi ilə gətirilib.
4723 nəfər karantin rejimindədir, 446 nəfər isə stasionarda müşahidə altındadır.