Gürcüstanda koronavirus hallarının sayı 425-ə qədər artdı, 111 pasiyent sağalıb
Gürcüstanda koronavirus hallarının sayı beş ilə artdı. Bu vaxt üçün koronavirusun 425 halı təsdiq olunub. Bu barədə məlumat hökumət tərəfindən yaradılan xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
“stopcov.ge” saytına yerləşdirilən məlumata əsasən, 425 təsdiq olunmuş haldan 111 vətəndaş sağalıb.
Xaricdən müalicə üçün Gürcüstanın üç vətəndaşı gətirilib. Koronavirus nəticəsində ölkədə beş pasiyent həlak olub.
Karantin rejimində 5126 vətəndaş, sationarda müşahində altında 578 vətəndaşdır.