Gürcüstanda koronavirisun on yeni halı aşkar edildi

10:38, 18.08.2020

Gürcüstanda koronavirusun on yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.

Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 1 351  halı təsdiq olunub. Buradan 1 092 vətəndaş sağalıb.

Bununla yanaşı, xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.

Gürcüstanda koronavirus ilə 17 pasiyent vəfat edib.

Karantin rejimində 7 597 vətəndaş, stasionarda müşahində altında 249 vətəndaşdır.

Oxşar