"Gürcüstanda İstehsal Et" Agentliyi sahibkarlar üçün dəstək imkanlarını genişləndirir
"Gürcüstanda İstehsal Et" Agentliyi sahibkarlar üçün dəstək imkanlarını genişləndirir

 

İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin “Gürcüstanda İstehsal Et” Agentliyinin proqramlarında dəyişikliklər edilir, dəyişikliklər çərçivəsində də sahibkarlar üçün dəstək imkanları genişləndiriləcək. Bu barədə məlumatı İqtisadiyyat Nazirliyi yayır.

Onların məlumatına əsasən, universal sənaye hissəsində dəyişikliklər kredit və lizinq faizlərinin birgə maliyyələşməsinə şamil edilib və o, iki faiz bəndi göstərici ilə artıb. Qeyd olunan dəyişikliklər sentyabrın 1-dən qüvvəyə minəcək.

“Birgə maliyyələşmə ilə birlikdə, benefisiarlar yeni qrant komponentlərindən: yüksək dağlıq, aqroturizm, yaşıl, rəqəmsallaşma, tədqiqat və inkişaf (R&D) istiqamətlərində faydalana bilərlər. Bununla yanaşı, qadın sahibkarlar üçün sadalanan bütün komponentlər üzrə qrantın miqdarı artır.

Mikro sahibkarlığa dəstək dövlət proqramında da dəyişikliklər edilib və ona yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub, o cümlədən: qida məhsullarının istehsalı, ixtisaslaşmış tikinti işlərinin bir neçə kateqoriyası və digər birillik bitkilərin yetişdirilməsi” – İqtisadiyyat Nazirliyinin məlumatında qeyd olunub.