“Gürcüstanda istehsal et” agentliyi dünyanın ən yaxşı ixrac agentliyi mükafatını qazanıb
“Gürcüstanda istehsal et” agentliyi dünyanın ən yaxşı ixrac agentliyi mükafatını qazanıb

“Gürcüstanda istehsal et” agentliyi Beynəlxalq Ticarət Mərkəzinin (ITC) WTPO Awards 2020 müsabiqəsində ixracın təşviqi və dəstəyi baxımından ən yaxşı agentlik seçilib.

Pandemiya səbəbindən təxirə salınan və bu il keçirilən mükafatlandırma mərasimi Qanada keçirilib və burada agentliyin direktoru Mixeil Xidureliyə mükafatı ITC-nin baş direktoru Pamela Kuk Hamilton şəxsən təqdim edib.

“Gürcüstanda istehsal et” agentliyindən verilən məlumata görə, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və BMT-nin Birgə Agentliyi – Beynəlxalq Ticarət Mərkəzinin (BTM) müsabiqəsinin qalibləri yüksək səviyyəli ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək.

“Finalda innovativ və effektiv ixracın inkişafı təşəbbüslərini təşviq edən təşkilatlar müəyyən edilib. Təşkilatlar mikro, kiçik və orta müəssisələrin (MSME) beynəlxalq bazarlarda rəqabətədavamlı olmasına kömək etdiklərini nümayiş etdirməlidirlər.

Qeyd edək ki, builki WTPO Mükafatlarının münsiflər heyətinin üzvü qalib təşkilatlardan birinin nümayəndəsi kimi “Gürcüstanda istehsal et” agentliyinin direktoru Mixeil Xidurelidir”, – agentliyin yaydığı məlumatda deyilir.