Gürcüstanda insan hüquqlarının qorunması haqqında beynəlxalq mütəxəssislərin hesabatı hazırlandı
Gürcüstanda insan hüquqlarının qorunması haqqında beynəlxalq mütəxəssislərin hesabatı hazırlandı

Gürcüstan əldə etdiyi nailiyyətlərə görə, yüksək dəyərləndirmələr alır, ancaq, eyni zamanda, insan hüquqlarının qorunması baxımından müəyyən problemlər hələ də mövcuddur, – bu barədə, Gürcüstana ODİHR-ın nümayəndə heyyəti ilə bərabər gələn beynəlxalq mütəxəssis Megi Nikolson tərəfindən hazırlanan hesabatda deyilir.

Qeyd olunan hesabatı “İnsan hüquqları hər kəs üçün” adlı dörd illik layihə çərçivəsində keçirilən tədbirdə Avropa İttifaqı və BMT-nin nümayəndələri təqdim etdilər.

Mütəxəssis Megi Nikolson Gürcüstanın insan hüquqlarının qorunması baxımından son altı illik yolunu dəyərləndirdi.

Hesabata əsasən, ölkə qanunvericilik və siyasi islahatlar baxımından əhəmiyyətli tərəqqiyə nail oldu.

Hesabatda həmçinin, diskriminasiya ilə mübarizə, əmək haqqının qorunması, uşaq hüquqları və miqrantlar sahəsində yeni qanunvericilik aktlarının qəbulu da qeyd olunur.

Bütün bunlarla yanaşı, beynəlxalq mütəxəssis Gürcüstanda insan hüquqlarının qorunmasının təmin edilməsi üçün müəyyən rekomendasiyalar da təqdim etdi.

Prioritetlər arasında hakimlərin və prokurorların müstəqilliyi, medya müxtəlifliyinin qorunması, diskriminasiya ilə mübarizə və şəffaf, demokratik qanunvericiliyin inkişafı da var.