Gürcüstanda İkinci Dünya Müharibəsi iştirakçısı olan 173 nəfər yaşayır

11:07, 09.05.2022

Gürcüstanda hazırda İkinci Dünya Müharibəsinin iştirakçısı olan 173 nəfər yaşayır, onlardan ən yaşlısının 103 yaşı var, – statistik məlumatı Gürcüstanın Birinci Kanalına Veteranlarla İş üzrə Dövlət Xidmətindən veriblər.

Bu gün, mayın 9-da İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbənin 77-ci ildönümü qeyd olunur.

1945-ci il 8 may tarixində Almaniyanın kapitulyasiya elan etməsindən sonra İkinci Dünya Müharibəsi başa çatdı. 9 May faşizm üzərində Qələbə günü elan edildi. İkinci Dünya Müharibəsi ölkəmizdə ən ağır iz buraxdı. Gürcüstan 300 minə yaxın əsgər itirdi.

Oxşar