Gürcüstanda hava temperaturu mümkündür ki, 43 dərəcəyə kimi yüksəlsin

16:40, 29.06.2018

Gürcüstanda 30 iyundan 4 iyul da daxil olmaqla yüksək temperatur olacaq, – bu haqda məlumatı Ətraf Mühitin Qorunması və Kənd Təsərrüfatı Nazirliyinin ətrafın milli agentliyi yayır.

“30 iyundan 4 iyula kimi, Şərqi Gürcüstanın bəzi regionunda, havanın maksimal temperaturu +40, +43 dərəcəyə kimi arta bilər.

Qərbi Gürcüstanda, hava temperaturu +32, +37 dərəcə çərçivəsində gözlənilir.

Tbilisidə isə hava temperaturu +38, +40 dərəcə olacaq”, – Ətrafın milli agentliyinin məlumatında qeyd olunub.

 

Oxşar