Gürcüstanda fermerlərin qeydiyyat layihəsi başlayır
Gürcüstanda fermerlərin qeydiyyat layihəsi başlayır

Ətraf Mühitin Qorunması və Kənd Təsərrüfatı Nazirliyinin layihələşdirmələr idarəsinin agentliyi bütün Gürcüstan miqyasında mövcud olan fermaların və fermerlərin qeydiyyat prosesinə başladı.

İdarənin məlumatına görə, layihə çərçivəsində, Gürcüstan ərazisində mövcud olan fermaların və fermerlərin qeyydiyyatı, əhəmiyyətli informasiya bazasının yaradılması üçün lazımdır ki, gələcəkdə dövlət tərəfindən həyata keçirilən müxtəlif layihələrdə və proqramlarda hədəf qrupları düzgün seçildin.

Layihənin büdcəsi 1 300 000 lari təşkil edir və birinci mərhələsi 2018-ci ilin sonu üçün planlaşdırılır.