Gürcüstanda elektrik avtomobillərinin zavodunun tikilməsi məqsədi ilə, iki tanınmış brend ilə danışıqlar aparılır
Gürcüstanda elektrik avtomobillərinin zavodunun tikilməsi məqsədi ilə, iki tanınmış brend ilə danışıqlar aparılır

Gürcüstanda elektrik avtomobillərinin zavodunun tikilməsi məqsədi ilə, iki tanınmış brend ilə danışıqlar aparılır. Bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze “yaşıl siyasət” təşəbbüsünün birinci mərhələsinin, “yaşıl siyasət – ekonəqliyyat”-ın təqdimatında bəyan etdi.

Təqdimatda onun qeyd etdiyinə görə, Gürcüstan hakimiyyəti plan işləyib hazırladı ki, buna da əsasən növbəti 10 il ərzində ölkədə fəaliyyət göstərən avtoparkın 90 faizi elektrik avtomobillərlə əvəz ediləcək.

Elə onun dediyinə görə, xüsusi lizinq sxemi də işə düşəcək.

Baxtadzenin qeyd etdiyinə görə, Gürcüstan iqtisadiyyatı üçün ən ağırılı mözu ticari defisitdir.

Onun dediyinə görə, Gürcüstana elektrik avtomobillərinin gətirilməsi gələn həftədən başlayacaq və bir il ərzində iki mindən artıq avtomobil gətiriləcək.

Gürcüstanın baş naziri, Mamuka Baxtadze “yaşıl siyasət” təşəbbüsünün birinci mərhələsinin, “yaşıl siyasət – ekonəqliyyat”-ın təqdimatını Kocoridə etdi. Təqdimatda hökumət üzvləri, diplomatlar və başqa qonaqlar iştirak edirdilər.