Gürcüstanda daha bir zəlzələ baş verdi
Gürcüstanda daha bir zəlzələ baş verdi

Seysmoloji Monitorinq Milli Mərkəzinin məlumatına görə, Gürcüstanda daha bir zəlzələ baş verdi.

Mərkəzin ilkin məlumatına görə, zəlzələ Tbilisi vaxtı ilə saat 04:12 radələrində 3.3 bal (ML) gücündə oldu.

Zəlzələnin episentri Tinanetidən şimal-qərbdə 29 km-də, Lutxubi kəndi yaxınlığında baş verdi.

Gürcüstanda zəlzələ 24 yanvarda da qeydə alındı.