Gürcüstanda daha bir zəlzələ baş verdi

10:52, 14.10.2024

 
Gürcüstanda daha bir zəlzələ baş verdi.

Yer Elmləri İnstitutunun və Seysmoloji Monitorinq üzrə Milli Mərkəzin məlumatına əsasən, yeraltı təkanların episentri Tbilisidən 60 km-də, Tianeti şəhərindən 25 km şimalda, Vajas-Tsğaro kurortundan 1 km aralıda olub.

Zəlzələnin gücü 3,8 bal olub. Təkanlar Tbilisi vaxtı ilə saat 09:03-də qeydə alınıb.

Bu gün saat 04:53-də də Tianeti yaxınlığında zəlzələ baş verib. Zəlzələnin gücü 3,9 bal olub.

Oxşar