Gürcüstanda BMT-nin ofisi - operator Aleksandre Laşkaravanın ailəsinə kədərləndiyimizi ifadə edirik, media vasitələrinin və jurnalistlərin təhlükəsizliyi müdafiə olunmalıdır
Gürcüstanda BMT-nin ofisi - operator Aleksandre Laşkaravanın ailəsinə kədərləndiyimizi ifadə edirik, media vasitələrinin və jurnalistlərin təhlükəsizliyi müdafiə olunmalıdır

Gürcüstanda BMT-nin ofisi operator Aleksandre Laşkaravanın vəfat etməsinə görə kədərləndiyini ifadə edir və ailəsinə başsağlığı verir.

“11  iyulda vəfat edən “Tv Pirvelinin” operatoru, Aleksandre Laşkaravanın ailəsinə, dostlarına və həmkarlarına kədərləndiyimizi ifadə edirik. Media vasitələrinin və jurnalistlərin təhlükəsizliyi müdafiə olunmalıdır”, – Gürcüstanda BMT-nin ofisinin səhifəsində yazılıb.

5 iyul hadisələri zamanı döyülən “Tv Pirvelinin” operatoru, Lekso Laşkarava vəfat etdi. Vəfat etmənin səbəbi bu vaxta qədər məlum deyil. Lekso Laşkarava klinikada bir neçə gün ərzində qalırdı. Bundan sonra onu evə buraxdılar.

Lekso Laşkaravanın vəfat etməsi faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə başladı.

Daxili İşlər Nazirliyinin məlumatına görə, “Tbilisi Prayda” qarşı keçirilən aksiya zamanı, “Sirtsxviliya” ofisində “Tv Pirvelinin” jurnalit və operatorunu sözlə və fiziki təhqir etdilər.