Gürcüstanda birinci televiziya yayımından 68 il ötür
Gürcüstanda birinci televiziya yayımından 68 il ötür

 
Gürcüstanda birinci televiziya yayımından 68 il ötür.

1956-cı ilin dekabrın 30-da funikulyorun platosunda tikilmiş 40 metrlik studiyadan ilk televiziya siqnalı verildi. Əvvəlcə televiziyada 26 işçi və bir kamera var idi. Hələ kiçik maket studiyası şəraitində televiziya proqramlarında iştirak edirdilər: Qalaktion Tabidze, İrakli Abaşidze, İoseb Qrişaşvili, Arnold Çikobava, Qiorqi Leonidze, Qriqol Abaşidze, Nodar Dumbadze, Murman Lebanidze, İoseb Noneşvili, Ana Kalandadze və başqaları. Həmçinin, məşhur aktyorlar: Serqo Zakariadze, Sesilia Tağaişvili, Veriko Ancaparidze, Medea Caparidze və s.

1957-ci ildə Tbilisinin “Dinamo” stadionunun yaxınlığında ilk dəfə mobil televiziya stansiyası quruldu və o vaxtdan etibarən futbol oyunlarının birbaşa reportajları sistemli şəkildə yayımlanırdı. İlk şərhçilər Erosi Mancqaladze və Kote Maxaradze tamaşaçıların böyük sevgisini qazandılar.

Gürcüstan Televiziyasının “Moambe” adlı informasiya xidməti 1968-ci ilin yanvarın 4-də yaradılıb. Elə həmin il Tbilisidə rəngli yayım başladı və Gürcüstan rəngli yayımı olan ölkələr siyahısına daxil oldu.

Gürcüstanın Birinci Kanalının Qızıl Fondunda dünya əhəmiyyətli nadir səs/video yazılar qorunur.

2025-ci ildə Gürcüstanda birinci yayımın 100 ili tamam olacaq. C.Qafqazda ilk olan Gürcüstan radiosu 1925-ci ildə yayıma başlayıb.