Gürcüstanda bir neçə dəqiqəlik intervalla iki zəlzələ qeydə alındı
Gürcüstanda bir neçə dəqiqəlik intervalla iki zəlzələ qeydə alındı

Gürcüstanda bir neçə dəqiqəlik intervalla iki zəlzələ qeydə alındı.

Seysmoloji Monitorinq Milli Mərkəzinin ilkin məlumatına görə, hər iki zəlzələnin episentri Ninosminda şəhərindən 24 kilometr qərbdə, Sameba kəndi yaxınlığında baş verdi.

Saat 05:44 radələrində qeydə alınan zəlzələnin gücü 5.1 maqnituda, saat 05:51 radələrində qeydə alınan zəlzələnin gücü isə, 5.1 maqnitudanı təşkil etdi.

Bir neçə saat əvəl Gürcüstanda daha iki zəlzələ baş verdi. Episentri həmçinin Sameba kəndi yaxınlıığında idi. Saat 23:42 radələrində qeydə alınan zəlzələnin gücü 3.7 maqnituda, saat 03:19 radələrində qeydə alınan zəlzələnin gücü isə, 4.1 maqnitudanı təşkil etdi.