Gürcüstanda bir həftə ərzində 745 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 984 xəstə sağalıb
Ötən bir həftə (02.05-08.05.2022) ərzində Gürcüstanda 745 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Ölkədə 984 nəfər sağalıb. Bir həftə ərzində səkkiz xəstə koronavirusdan vəfat etdi. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.
Agentliyin məlumatına görə, omikronun B.A.2 ştammı əsasən dövriyyədədir və üstünlük təşkil edir.
Bir həftə ərzində ölkədə 112 564 test, o cümlədən 101 045 sürətli antigen testi, 11 519 PCR testi aparılıb.
7 günlük testin müsbət nisbəti 0,66% təşkil edir.
Səhiyyə Nazirliyinin qərarına əsasən, Gürcüstanda koronavirusla bağlı rəsmi statistika həftədə bir dəfə, çərşənbə axşamı dərc olunur.