Gürcüstanda bir həftə ərzində 616 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 482 xəstə sağalıb
Gürcüstanda bir həftə ərzində 616 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 482 xəstə sağalıb

Ötən həftə (13.06.2022-19.06.2022) ərzində Gürcüstanda 616 yeni koronavirusa yoluxma faktı aşkarlanıb. Ölkədə 482 nəfər sağalıb. Bir həftə ərzində bir xəstə koronavirusdan həlak oldu. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.

Agentliyin məlumatına görə, əsasən omikronun B.A.2 ştammı dövriyyədədir və üstünlük təşkil edir.

Bir həftə ərzində ölkədə 78 650 test, o cümlədən 72 494 sürətli antigen testi, 6 156 – PCR testi aparılıb.

7 günlük testin müsbət nisbəti -0,78% təşkil edir.

Ötən həftənin (06.06.2022-12.06.2022) məlumatına görə, Gürcüstanda 515 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 546 nəfər sağalıb, 3 nəfər vəfat edib.