Gürcüstanda bir həftə ərzində 586 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 605 xəstə sağalıb
Gürcüstanda bir həftə ərzində 586 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 605 xəstə sağalıb

Ötən həftə (16.05-22.05.2022) ərzində Gürcüstanda 586 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Ölkədə 605 nəfər sağalıb. Bir həftə ərzində beş xəstə koronavirusdan vəfat etdi. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.

Agentliyin məlumatına görə, əsasən omikronun B.A.2 ştammı dövriyyədədir və üstünlük təşkil edir.

Bir həftə ərzində ölkədə 113 058 test, o cümlədən 103 058 sürətli antigen testi, 10 568 PCR testi aparılıb.

7 günlük testin müsbət nisbəti 0,52% təşkil edir.

Keçən həftənin (09.05-15.05.2022) məlumatına görə, Gürcüstanda 602 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 697 nəfər sağalıb, bir xəstə vəfat edib.