Gürcüstanda artıq ənənəyə çevrilmiş Avropa Günləri, bu gün rəsmi olaraq açılacaq və mayın sonuna kimi davam edəcək. Gürcüstanda Avropa Günləri artıq yeddinci dəfə qeyd olunur.
“Bu gün, Tbilisi Riğe Parkı bir günlüyünə “Avropa kəndinə” çevriləcək və bütün gün ərzində informasiya və əyləncəli tədbirlər keçiriləcək.
Tədbirdə Avropa İttifaqının üzv ölkələri və proqramları iştirak edirlər. Onlar Gürcüstanda həyata keçirilmiş aktivlikləri təqdim edəcəklər.
Avropa Günləri tədbirində musiqi nömrələr, əyləncəli proqramları, oyunlar təqdim olunacaq.
Axşam, tədbirin sonunda 33a qrupu və DJ Nicole-nin iştirakı ilə konsert keçiriləcək.
NATO və Aİ barəsində İnfromasiya Mərkəzinin məlumatına görə, Avropa Günləri xüsusi miqyaslılığı ilə fərqlənir.