Gürcüstanda aşkar olunan koronavirusun bütün yeni hallarının yoluxma mənbəsi məlumdur
Gürcüstanda aşkar olunan koronavirusun bütün yeni hallarının yoluxma mənbəsi məlumdur

Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, Gürcüstanda aşkar olunan hər iki yeni hal karantin məkanından və xaricdən daxil ediləndir.

“906 hal var idi, ikisi artdı və 908 oldu. Altı pasiyent sağaldı və hazırda 701-dir. İki yeni hal daxil edilibdir”, – Ezuqbaiya bəyan etdi.

Elə onun məlumatına görə, Gürcüstanda son iki gündə təsdiq olunan yeni halların yoluxma mənbəsi məlumdur.

Ezuqbaiyanın açıqlamasına görə, bu mərhələdə kovid-mərkəzlərdə 133 pasiyent müalicə olunur.