Gürcüstanda aşkar edilən koronavirusun yeni hallarından 417 halı Acarada qeydə alındı
Gürcüstanda aşkar edilən koronavirusun yeni hallarından 417 halı Acarada qeydə alındı

Acarada koronavirusa yoluxmanın 417 yeni halı aşkar edildi. Bu gün üçün bölgədə koronavirusa 6 632 pasiyent yoluxub.

Son 24 saat ərzində doqquz pasiyent vəfat etdi. Vəfat edənlərin yaşı 49-dan 85 yaşınadəkdir.

Vəfat etmənin iki halı Batumi Respublika Xəstəxanasında, ikisi Tibb Mərkəzində, biri Beynəlxalq Hospitalda, biri “Medina” klinikasında, biri Referal Hospitalda, biri “Medsentr” klinikasında və biri Kobuleti Tibb Mərkəzində qeydə alındı.

Ötən bir gün ərzində 377 pasiyent müalicə olunaraq sağaldı. Koronavirusdan Acarada cəmi 15 536 insan sağalıb.