Gürcüstanda aprelin 8-9-da havanın yağıntılı olacağı, küləyin güclənəcəyi, dənizdə 3-4 bal gücündə fırtına olacağı gözlənilir
Gürcüstanda aprelin 8-9-da havanın yağıntılı olacağı, küləyin güclənəcəyi, dənizdə 3-4 bal gücündə fırtına olacağı gözlənilir

 

Milli Ətraf Mühit Agentliyi Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.

Sinoptiklərin proqnozuna əsasən, aprelin 8-də qərbi Gürcüstanda, aprelin 9-da isə ölkə ərazisinin əksər hissəsində havanın vaxtaşırı yağıntılı olacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir. Şimşək çaxa, külək güclənə, dənizdə 3-4 bal gücündə fırtına ola bilər, yüksək dağlıq rayonlarda qar uçqunu təhlükəsi mümkündür.

“Şərqi Gürcüstanda, o cümlədən paytaxtda güclü qərb küləyi əsəcək.
Gözlənilən yağıntı ola bilsin çaylarda suyun səviyyəsinin xeyli artmasına, təpəlik-dağlıq və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin başlanması və aktivləşməsinə səbəb olsun (orta təhlükə dərəcəsi)” – məlumatda qeyd olunub.