Gürcüstanda Almaniyanın yeni səfiri Barbara Voss təyin olunub
Gürcüstanda Almaniyanın yeni səfiri Barbara Voss təyin olunub. Bununla bağlı məlumat Almaniyanın Gürcüstandakı səfirliyinin internet saytında dərc edilib.
Almaniya səfirliyi Barbara Vossun bioqrafik məlumatlarını da yayıb:
2023–2026 – Almaniyanın Hindistanın Kolkata şəhərindəki Baş Konsulluğunda baş konsul;
2019–2023 – Almaniyanın Xarici İşlər Nazirliyi, Berlin: Məğrib, Yaxın və Mərkəzi Şərq ölkələri ilə mədəniyyət və media sahəsində əməkdaşlıq şöbəsinin rəhbər müavini;
2015–2019 – Almaniyanın Xarici İşlər Nazirliyi, Berlin: terrorizmə qarşı beynəlxalq əməkdaşlıq;
2012–2015 – Almaniyanın İslamabaddakı səfirliyi: iqtisadi əlaqələr şöbəsinin rəhbəri;
2009–2012 – Almaniyanın Təl-Əvivdəki səfirliyi, İsrail: konsul;
2006–2009 – Almaniyanın Xarici İşlər Nazirliyi: kadrlar şöbəsi;
2005–2006 – xarici işlər xidmətində yüksək vəzifəyə hazırlıq;
1996–2005 – Almaniyanın Laqos (Nigeriya) və Dar-əs-Salam (Tanzaniya) şəhərlərindəki səfirlikləri, həmçinin Almaniya Federativ Respublikasının Nyu-Yorkdakı BMT yanında daimi nümayəndəliyi;
1992–1996 – Almaniyanın Xarici İşlər Nazirliyi, Bonn: Polşa, Çexiya və Slovakiya ilə ikitərəfli münasibətlər şöbəsi;
1986–1992 – Federasiya Universitetində xarici əlaqələr istiqaməti üzrə təhsil alıb.
Barbara Voss səfir vəzifəsində səlahiyyət müddəti 2026-cı il iyunun 30-da başa çatan Peter Fişeri əvəz edib.