Gürcüstanda ABŞ səfirinin vəzifələrini icra edən Emi Diaz Avropa İttifaqının Monitorinq Missiyası ilə görüşüb və onların fəaliyyəti ilə tanış olub
Gürcüstanda ABŞ səfirinin vəzifələrini icra edən Emi Diaz Avropa İttifaqının Monitorinq Missiyası ilə görüşüb və onların fəaliyyəti ilə tanış olub. Bu barədə məlumatı ABŞ səfirliyi yayır.
“ABŞ səfirinin vəzifələrini icra edən Emi Diaz müşahidəçilərin Gürcüstanda sülh və təhlükəsizliyin dəstəklənməsi üçün həyata keçirdikləri mühüm fəaliyyətlə şəxsən tanış olmaq, eləcə də onların münaqişədən zərər görən icmalarla əlaqəni necə saxladıqlarını görmək üçün Avropa İttifaqının Monitorinq Missiyasının üzvlərinə qoşulub” – ABŞ səfirliyi yazır.