Gürcüstanda 865 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 2820 xəstə sağalıb
Gürcüstanda 865 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 2820 xəstə sağalıb

Gürcüstanda 865 yeni koronavirusa yoluxma faktı aşkarlanıb. Bu barədə məlumat bu yaxınlarda hökumətin stopcov.ge xüsusi saytında yenilənib.

Son 24 saat ərzində ölkədə 2820 nəfər sağalıb. Son sutka ərzində 26 nəfər koronavirusdan dünyasını dəyişib.

Son 24 saat ərzində ölkədə 7 733 test, o cümlədən 5 281 sürətli antigen testi, 2 452 PCR testi aparılıb.

Ölkədə koronavirusa yoluxma göstəriciləri belədir: gündəlik – 11,19%, son 14 gündə – 18,43%, son yeddi gündə – 15,55%.

Gürcüstanda ümumilikdə 1 629 930 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 1 570 884 nəfər sağalıb, 16 456 nəfər dünyasını dəyişib.

Ümumilikdə 2 827 920 peyvənd edilib, 190 peyvənd gündəlik həyata keçirilib.

Xəstəxanada 2045 nəfər nəzarət altındadır.

Eyni zamanda, martın 8-nə Gürcüstanda 2783 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 5450 xəstə sağalıb, 32 nəfər vəfat edib.