Gürcüstanda 698 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 1036 xəstə sağalıb

10:57, 29.03.2022

Gürcüstanda 698 yeni koronavirusa yoluxma faktı aşkarlanıb. Bu barədə məlumat bu yaxınlarda hökumətin stopcov.ge xüsusi saytında yenilənib.

Ölkədə son 24 saat ərzində 1036 nəfər sağalıb. Son sutka ərzində 10 xəstə koronavirusdan dünyasını dəyişib.

Son 24 saat ərzində ölkədə 22 903 test, o cümlədən 20 175 sürətli antigen testi, 2 728 PCT testi aparılıb.

Ölkədə koronavirus aşkarlanma göstəriciləri belədir: gündəlik – 3,05%, son 14 gündə – 3,92%, son yeddi gündə – 3,12%.

Gürcüstanda ümumilikdə 1 647 243 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 1 622 432 nəfər sağalıb, 16 730 nəfər vəfat edib.

Ümumilikdə 2 855 078 peyvənd aparılıb, onlardan 1 672-si gündəlik peyvənd olunub.

Eyni zamanda, martın 28-nə Gürcüstanda 229 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 2993 xəstə sağalıb, 12 nəfər vəfat edib.

Oxşar