Gürcüstanda 62 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 104 nəfər sağalıb, heç bir xəstə vəfat etməyib

11:20, 26.04.2022

Gürcüstanda 62 yeni koronavirusa yoluxma faktı aşkarlanıb. Bu barədə məlumat  hökumətin stopcov.ge xüsusi saytında yenilənib.

Son 24 saat ərzində ölkədə 104 nəfər sağalıb. Son sutka ərzində xəstələrin heç biri koronavirusdan vəfat etməyib.

Son 24 saat ərzində ölkədə 4576 test, o cümlədən sürətli antigen testi – 3245, PCR testi – 1331 test aparılıb.

Ölkədə koronavirus aşkarlanma göstəriciləri belədir: gündəlik – 1,35%, son 14 gündə – 1,05%, son yeddi gündə – 1,05%.

Gürcüstanda ümumilikdə 1 654 375 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 1 636 108 nəfər sağalıb, 16 800 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 877 175 peyvənd edilib, 16 peyvənd gündəlik həyata keçirilib.

Eyni zamanda, aprelin 25-də Gürcüstanda 58 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 213 nəfər müalicə olunaraq sağalıb, heç bur xəstə vəfat etməyib.

Oxşar