Gürcüstanda 58 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 213 nəfər sağalıb
Gürcüstanda 58 yeni koronavirusa yoluxma faktı aşkarlanıb. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında yenilənib.
Son 24 saat ərzində ölkədə 213 nəfər sağalıb. Son bir neçə gündə koronavirusdan vəfat edən olmayıb.
Son 24 saat ərzində ölkədə 4243 test, o cümlədən 3179 sürətli antigen testi, 1064 PCR testi aparılıb.
Ölkədə koronavirus aşkarlanma göstəriciləri belədir: gündəlik – 1,37%, son 14 gündə – 1,18%, son 7 gündə – 1,14%.
Gürcüstanda ümumilikdə 1 654 313 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 1 636 004 nəfər sağalıb, 16 800 nəfər isə dünyasını dəyişib.
Xəstəxanada 321 xəstə nəzarətdədir.
Eyni zamanda, aprelin 24-nə Gürcüstanda 92 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 241 nəfər müalicə olunaraq sağalıb, 3 nəfər vəfat edib.