Gürcüstanda 499 yeni koronavirus halı aşkar edildi, 437 pasiyent sağaldı

11:05, 01.04.2021

Gürcüstanda 499 yeni koronavirus halı aşkarlanıb.

Son 24 saat ərzində ölkədə 437 nəfər sağaldı. Son bir gündə yeddi pasiyent dünyasını dəyişdi.

Son 24 saat ərzində ölkədə 28.712 test keçirildi, onlardan sürətli 17.922 antigen testi, 10.790 PCR testi idi.

Ölkədə koronavirus müsbət aşkarlanma göstəricisi belədir : gündəlik göstərici – 1,74% , son 14 gün – 1,75%, son yeddi gündə – 1,64%.

212 nəfəri karantin rejimində, 1,685 nəfər xəstəxanada, 265 nəfər klinik mehmanxanada qalır.

Oxşar