Gürcüstanda 4,2 və 3,0 maqnitudalı iki zəlzələ baş verib
Gürcüstanda təxminən bir saatlıq fasilə ilə iki zəlzələ baş verib.
Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, ilk təkanlar Tbilisi vaxtı ilə saat 04:52-də qeydə alınıb.
Zəlzələnin episentri Axalkalaki şəhərindən 20 kilometr şimal-şərqdə, Bejanо kəndində yerləşib. Təkanların gücü 4,2 maqnitudaya çatıb.
Daha bir zəlzələ saat 05:09-da baş verib.
Bu dəfə episentr Axalkalaki şəhərindən 18 kilometr şimalda, Alatuman kəndi yaxınlığında olub. Zəlzələnin gücü 3,0 maqnituda təşkil edib.