Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib

15:37, 28.12.2025

Gürcüstanda zəlzələ baş verib. Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 13:57-də qeydə alınıb.

Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Dmanisi şəhərindən 19 km qərbdə və Mamişlari kəndindən 4 km məsafədə yerləşib.

Zəlzələnin gücü 3,8 maqnitud təşkil edib.

Oxşar