Gürcüstanda 368 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 1225 xəstə sağalıb

11:04, 21.03.2022

Gürcüstanda 368 yeni koronavirusa yoluxma faktı aşkarlanıb. Bu barədə məlumat bu  hökumətin stopcov.ge xüsusi saytında yenilənib.

Son 24 saat ərzində ölkədə 1225 nəfər sağalıb. Son sutka ərzində 8 nəfər koronavirusdan dünyasını dəyişib.

Son 24 saat ərzində ölkədə 5 885 test, o cümlədən 3 783 sürətli antigen testi, 2 102 PCR testi aparılıb.

Ölkədə koronavirusa yoluxma göstəriciləri belədir: gündəlik – 6,25%, son 14 gündə – 8,23%, son yeddi gündə – 5,42%.

Gürcüstanda ümumilikdə 1 642 242 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 1 599 511 nəfər sağalıb, 16 671 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə 2 842 541 peyvənd edilib, 130 peyvənd gündəlik həyata keçirilib.

Eyni zamanda, martın 20-nə Gürcüstanda 475 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 1507 xəstə sağalıb, 20 nəfər vəfat edib.

Oxşar