Gürcüstanda 3221 yeni koronavirus halı aşkarlanıb, 2.990 nəfər sağalıb
Gürcüstanda 3221 yeni koronavirus halı aşkarlanıb, 2.990 nəfər sağalıb

Gürcüstanda 3221 yeni koronavirus halı aşkarlanıb. Bu barədə məlumat Milli Xəstəliklərə Nəzarət Mərkəzinin saytında dərc edilib.

Son 24 saatda ölkədə 2.990 nəfər sağalıb. Son bir gündə 54 xəstə koronavirusdan dünyasını dəyişib.

Son 24 saat ərzində ölkədə 37717 test, o cümlədən 24507 sürətli antigen testi və 13210 PCR testi aparılıb.

Ölkədə koronavirus aşkarlama nisbətləri: gündəlik – 8.54%, son 14 gündə – 7.58%, son yeddi gündə – 7.44%.

Gürcüstanda ümumilikdə 585.036 koronavirusa yoluxma faktı aşkarlanıb, onlardan 548.951 nəfər sağalıb, 8287 nəfər vəfat edib.

Ümumi peyvənd – 1,534,111 nəfər, gündəlik peyvənd 26,125.
78 nəfər karantindədir, 5882 nəfər xəstəxanada, 1,539 nəfər klinik mehmanxanada qalır.