Gürcüstanda 2800 yeni koronavirus halı aşkarlandı, 1485 pasiyent sağaldı
Gürcüstanda 2800 yeni koronavirus halı aşkarlanıb. Məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.
Son 24 saat ərzində ölkədə 1485 nəfər sağalıb. Son bir gündə 42 xəstə koronavirusdan vəfat etdi.
Stopcov.ge saytının məlumatına görə, son 24 saat ərzində ölkədə 33 679, o cümlədən 23 554 sürətli antigen testi, 10 125 PCR testi aparılıb.
Ölkədə koronavirus aşkarlama nisbətləri: gündəlik – 8.31%; son 14 gündə – 5.51%, son yeddi gündə – 5.16%.
Gürcüstanda ümumilikdə 621,420 koronavirusa yoluxma halı aşkarlanıb, onlardan 593,153 nəfər sağalıb, 9,110 nəfər vəfat edib.
Bir gündə 8.106 peyvənd olmaqla cəmi 1.826.786 peyvənd vuruldu.
34 nəfər karantində, 4025 nəfər xəstəxanada, 597 nəfər klinik mehmanxanada nəzarət altındadır.
Eyni zamanda, noyabrın 4 -nə olan məlumata görə, Gürcüstanda 867 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 1877 xəstə sağalıb, 30 nəfər vəfat edib.