Gürcüstanda 1698 yeni koronavirus halı aşkarlanıb, 1910 nəfər sağalıb
Gürcüstanda 1698 yeni koronavirus halı aşkarlanıb, 1910 nəfər sağalıb

Gürcüstanda 1698 yeni koronavirus halı aşkarlanıb. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.

Son 24 saatda ölkədə 1910 nəfər sağalıb. Son bir gündə 38 xəstə koronavirusdan vəfat edib.

Ölkədə koronavirus aşkarlama nisbətləri: son 14 gündə 6.85%, son yeddi gündə 6.46%.

Gürcüstanda ümumilikdə 603.763 koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb, onlardan 572.353 nəfər sağalıb, 8749 nəfər isə vəfat edib.

Gündə 12.778 peyvənd olmaqla cəmi 1.715.073 peyvənd vurulub.

Dünən, 23 sentyabrda Gürcüstanda 1653 koronavirus halı aşkarlandı, 2646 xəstə sağaldı, 47 nəfər vəfat etdi.