Gürcüstanda 15 315 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 10 894 xəstə sağalıb
Gürcüstanda 15 315 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə məlumat hökumətin stopcov.ge xüsusi saytında yenilənib.
Ölkədə son 24 saat ərzində 10 894 nəfər sağalıb. Son sutka ərzində 55 nəfər koronavirusdan dünyasını dəyişib.
Son 24 saat ərzində ölkədə 50 058 test, o cümlədən 31 794 sürətli antigen testi və 18 264 PCR testi aparılıb.
Ölkədə koronavirusa yoluxma göstəriciləri belədir: gündəlik – 30,59%, son 14 gündə – 32,02%, son yeddi gündə – 31,51%.
Gürcüstanda ümumilikdə 1 496 156 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 1 300 062 nəfər sağalıb, 15 683 nəfər isə dünyasını dəyişib.
Ümumilikdə 2 783 856 peyvənd vurulub, onlardan hər gün 3 560 peyvənd edilib.
10 nəfər karantin rejimində, 5 974 nəfər stasionarda, 1 261 nəfər kliniki mehmanxanada müşahidə altındadır.
Eyni zamanda, fevralın 15-nə Gürcüstanda 19 049 yeni koronavirusa yoluxma faktı aşkar edilib, 18 409 xəstə sağalıb, 51 nəfər vəfat edib.