Gürcüstanda 13 150 yeni koronavirus halı aşkarlanıb, 8 503 xəstə sağalıb.
Gürcüstanda 13 150 yeni koronavirus halı aşkarlanıb, 8 503 xəstə sağalıb.

Gürcüstanda 13 150 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bu barədə məlumat bu yaxınlarda hökumətin stopcov.ge xüsusi saytında yenilənib.

Ölkədə son 24 saat ərzində 8503 nəfər sağalıb. Son sutka ərzində 35 xəstə koronavirusdan dünyasını dəyişib.

Son 24 saat ərzində ölkədə 45 623 test, o cümlədən 27 148 sürətli antigen testi, 18 475 PCR testi aparılıb.

Ölkədə koronavirusa yoluxma göstəriciləri belədir: gündəlik – 28,82%, son 14 gündə – 20,75%, son 7 gündə – 23,8%.

Gürcüstanda ümumilikdə 1 175 923 koronavirusa yoluxma halı müəyyən edilib, onlardan 1 009 778-i sağalıb, 14 980-i dünyasını dəyişib.

Gündəlik 1665 peyvənd olmaqla ümumilikdə 2 712 889 peyvənd edilib.

38 karantin rejimində, 5433 nəfər xəstəxanada, 2000 nəfər kliniki mehmanxanada nəzarət altındadır.

Eyni zamanda, yanvarın 30-na Gürcüstanda 17 265 yeni koronavirus halı aşkar edilib, 5 947 xəstə sağalıb, 34 nəfər vəfat edib.